44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı
Far.Az xəbər saytı

44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı


Təmtəraqlı toyu ilə gündəmə gələn və sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan iş adamı Mehmet Fatih Tançaladan sonra həyat yoldaşı Çağla Öz də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Far.Az xəbər verir ki, hadisə Tançalanın internetdəki paylaşımlarında "Türk millətini, Türkiyə Respublikası dövlətini və dövlətin qurumlarını təhqir etmə" ittihamı ilə başladılıb və o həbs edilib.

İstintaqın dərinləşməsindən sonra çirkli pulların yuyulması maddəsi üzrə araşdırmalar başlayıb.

Bu mərhələdə Mehmet Fatih Tançalanın həyat yoldaşı sosial media fenomeni Çağla Öz də saxlanılıb.

İstintaqın diqqət mərkəzində cütlüyün 6 sentyabr 2026-cı il tarixində etdiyi dəbdəbəli toy mərasimi dayanır.

Ümumi dəyəri 44 milyon lirə olaraq qiymətləndirilən qızıl-ziynət əşyaları, xarici valyuta və nağd pulların mənşəyi hazırda hüquq-mühafizə orqanları tərəfindən addım-addım araşdırılır.

Müstəntiqlər cütlüyün rəsmi gəlirləri ilə nümayiş etdirdikləri yüksək həyat standartı arasındakı uyğunsuzluğu əsas götürərək, toydakı sərvətin mənbəyini ortaya çıxarmağa çalışırlar.

Hazırda istintaq davam etdirilir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər