Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
Far.Az xəbər saytı

Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb


2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 624 milyon 107 min manat, icbari sığorta növləri üzrə 209 milyon 473 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.6% və ya 64 milyon 820 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 3.4% və ya 6 milyon 959 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 65.7% artaraq 366 milyon 813 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 19% artaraq 73 milyon 378 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 58.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ilin ilk 7 ayında 39.6 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 30.4 manata bərabər idi.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər