Bəşir Hacıyev: Kəlbəcərdə Bal Festivalının ikinci dəfə keçirilməsi xüsusi məna daşıyır
Bu torpaqda yenidən bir araya gəlmək, Kəlbəcərin qədim ənənələrini yaşadan belə bir tədbirin iştirakçısı olmaq hər birimiz üçün qürurvericidir. Bu gün doğma yurdumuzda olmağımızı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin şücaətinə borcluyuq.
"Report" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev ikinci Bal festivalında deyib.
O, qeyd edib ki, dövlət başçısının tapşırığı ilə azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yaşayış məntəqələri yenidən qurulur, soydaşlarımız mərhələli şəkildə doğma yurdlarına qayıdırlar: "Kəlbəcər də bu böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir. Burada həyatın hər ötən gün daha da canlanması, insanların öz doğma torpaqlarında yenidən çalışması, təsərrüfat qurması, müxtəlif tədbir və festivalların keçirilməsi Böyük Qayıdışın yaratdığı yeni reallığın təzahürüdür. Kəlbəcərdə Bal Festivalının artıq ikinci dəfə keçirilməsi də bu baxımdan xüsusi məna daşıyır.
Bilirsiniz ki, arıçılıq Kəlbəcərin qədim təsərrüfat ənənələrindən biridir və uzun illər rayon əhalisinin məşğulluğunda, təsərrüfat həyatında mühüm yer tutub. Bu ənənələr bu gün də inkişaf edir və yeni mərhələyə qədəm qoyur. Arıçıların öz fəaliyyətlərini genişləndirməsi və istehsal etdikləri məhsulları belə bir festivalda təqdim etmələri də olduqca sevindiricidir.
Bu festivalın və Kəlbəcərdə keçirilən belə tədbirlərin əsasında Kəlbəcər insanının zəhməti, yurd sevgisi və vətənə bağlılığı dayanır. Bu gün də həmin dəyərləri onların gündəlik həyatında, eləcə də bu tədbirdə böyük həvəslə iştirakında aydın görürük. Onların əməyi və torpağa bağlılığı tədbirlərin əsl mənasını təşkil edir. İnsanların üzündəki sevinc onu göstərir ki, bu tədbirlər torpaqla yenidən qovuşmanın və qurulan yeni həyatın ifadəsidir.
İnanıram ki, Bal Festivalı bundan sonra da ənənəvi şəkildə keçiriləcək, ildən-ilə miqyası genişlənəcək və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkəmizdə və beynəlxalq səviyyədə tanıdılmasına öz töhfəsini verəcək.
Bu festivalın ərsəyə gəlməsində başda dövlət başçımız olmaqla, əməyi keçən hər kəsə, sakinlərimizə, arıçılarımıza, fermerlərimizə, qonaqlarımıza və media nümayəndələrinə təşəkkür edirəm".
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
MKİ 11 sentyabr terror aktının hazırlığı barədə sənədlərin məxfiliyini ləğv edib
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













