Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Far.Az xəbər saytı

Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır


Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır.

"Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərinin davamlı fəaliyyətini təmin etmək niyyətindədir. Söhbət dövlət reyestrlərinə, torpaq kadastrına, əhalinin məlumatlarına və qanunvericiliyə çıxışdan gedir. Bu məqsədlə, vacib dövlət sistemlərinin Estoniyadan kənarda təhlükəsiz bulud saxlama sistemlərinə köçürülməsi planlaşdırılır.

Yeni strategiyanın bir hissəsi olaraq, Estoniya həmçinin "Microsoft Azure", "Amazon Web Services" və öz dövlət bulud platformasına əsaslanan infrastrukturu inkişaf etdirir. Bu, məlumatların Avropadakı birdən çox sayt arasında paylanmasına və fərdi məlumat mərkəzlərindən asılılığı azaltmağa imkan verəcək.

Beləliklə, Tallin öz ərazisi üzərində nəzarətin itirilməsinin belə dövlətin rəqəmsal infrastrukturunun yox olmasına səbəb olmayacağı sistem yaratmağı hədəfləyir.

POLITICO qeyd edib ki, rəqəmsal dayanıqlığın inkişaf etdirilməsi digər Avropa ölkələri üçün getdikcə daha vacib hala gəlir. Böyük Britaniya və Norveç həmçinin rəqəmsal diplomatik nümayəndəliklərdə təhlükəsiz hökumət məlumatlarının birgə yerləşdirilməsi imkanlarını araşdırır.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər