Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük"
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə həyat yoldaşı Xalid Quliyevlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi 34 il sonra qızı Aynişanın atasının şəhid olduğu torpaqlara getdiyini bildirib.
"O gün gəlib çatdı. Bu gün Aynişanım atasının şəhid olduğu torpağa 34 ildən sonra ilk dəfə qədəm qoydu. Bu yolu da çox gözlədik, bu günü də... Bütün Azərbaycan bu günü gözlədi. Nəhayət, küsmüş ruhlar şad oldu.
1992-ci ildə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan, üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Ağdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan millətin qəhrəman oğlu. Ruhu şad olsun.
Bu gün balası, ruhunun dolaşdığı torpaqlarda, ayağının basdığı, uğrunda döyüşdüyü yerlərdə idi. Yəqin ki, ruhu onu izləyirdi. Yəqin ki, bütün şəhidlərimizin ruhu bu gün orada idi.
Bu günü bizə yaşadan bütün şəhidlərimizin qarşısında dönə-dönə baş əyirik.
Sizin yarımçıq qalan arzularınızı, sizin uğrunda can verdiyiniz torpaqları geri alan qəhrəman oğullarımızın qarşısında da baş əyirik. Şəhidlərimiz. Qazilərimiz. Haqqınız ödənməzdir. Siz Vətənimizin haqqını aldınız. Bu gün onların ruhları sevinir. Sevinir ki, nəhayət, haqq öz yerini tapdı. Sevinir ki, torpaqlarımız azaddır. Sevinir ki, bayrağımız o müqəddəs torpaqlarda dalğalanır.
Kaş ki, atan sağ olaydı. Kaş ki, onun əlindən tutub bu torpaqlarda addımlayaydın, Aynişan. Kaş ki, sənə "Bala, bax, mən bu yerlərdə döyüşmüşəm" deyib, döyüşdüyü, qanını və canını verdiyi o cənnət torpaqları özü sənə göstərəydi. Amma eybi yox, təki Vətən sağ olsun! Ruhun şad olsun, igid.
Bu gün balanın ayağı sənin uğrunda can verdiyin torpağa dəydi. Bəlkə də 34 il sonra bu görüşə göydən baxdın. Və bəlkə də ürəyindən yalnız bir söz keçdi, "Nəhayət, gəldin, balam". Axır ki, 34 ildən sonra görüşdük" deyə, Aybəniz Haşımova yazıb.
Qalereya
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib













