Mingəçevirdə binadakı yanğın zamanı zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Ötən gün Mingəçevir şəhərində çoxmənzilli binada baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Mingəçevirdə yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi ilə bağlı sentyabrın 13-də 3 nəfər saat 15:30 radələrində Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2 nəfərə (qadın) həyəcan və stres, 1 nəfərə (kişi) isə sol çiyin nahiyəsinin qapalı travması səbəbilə zəruri tibbi xidmətlər göstərilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə 11 saylı binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə edilib. İlkin məlumata görə, bir neçə bina sakini qatı tüstüdən zəhərlənib və onlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğın binanın elektrik naqilləri keçən şaxtasında baş verib.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb













