Bratislavadan Bakıya ilk aviareys yola düşüb
Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında"Wizz Air" aviaşirkətinin ilk birbaşa reysi həyata keçirilib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Wizz Air"in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməyimdən böyük məmnunluq duyuram", – diplomat qeyd edib.
Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrdə əlamətdar addım və iki dövlətin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi dəyərləndirib.
Onun fikrincə, yeni marşrut iş, turizm və insanlararası əlaqələr baxımından geniş imkanlar yaradacaq.
"Far.Az"un məlumatına əsasən, Bratislavadan yola çıxan təyyarə Bakıya saat 21:20-də eniş edəcək. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













