Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir.
"Far.Az" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.
O bildirib ki, Qarabağda məscidlər çoxdur, amma Ağdam Cümə məscidi "şəhid məscidi"dir. Birinci Qarabağ müharibəsində bu məsciddə bir çox şəhidin dəfnində iştirak edib:
"Ağdam Cümə məscidinin divarlarında neçə ananın naləsi var. Bəzən şəhidlərin nəşini analarına, ailələrinə göstərə bilmirdik. Çox ağır zamanlar idi".
QMİ sədri söyləyib ki, Birinci Qarabağ Müharibəsində və erməni işğalı dövründə Ağdam Cümə məscidi və Qarabağdakı digər məscidlər təhqir ediləndə müsəlmanlar dəstək olmadılar:
"Bizə qardaş, dost deyən insanlar ana harayına gəlmədilər, səsimizi eşitmədilər. Buna çox təəssüf edirəm.
Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir. Biz ötən gün dövlət başçısı ilə görüşümüzdə Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfransın davamını Ağdam Cümə məscidində keçirəcəyimizi deyəndə ona da təsir etdi.
Hesab edirəm ki, Ali Baş Komandanın, Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var













