Hakan Moral: Türk dövlətlərinin birliyi və həmrəyliyi qarşımızda çox böyük imkanlar açır
Far.Az xəbər saytı

Hakan Moral: Türk dövlətlərinin birliyi və həmrəyliyi qarşımızda çox böyük imkanlar açır


Türk dövlətlərinin İslam həmrəyliyi və ümmət şüuru çərçivəsində birliyi və həmrəyliyi onların qarşısında çox böyük imkanlar açır.

"Far.Az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Kiprin Din işləri üzrə nümayəndəsi Hakan Moral Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbir çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib.

O, türk dövlətləri arasında həmrəyliyin sarsılmaz olduğunu vurğulayıb:

"İslam ümməti şüuru altında birlik və həmrəylik ruhunu gələcək nəsillərimizə aşılaya bilsək, Seyid Yəhya Bakuvinin, Yunus Əmrənin, Mövlana Cəlaləddin Ruminin və digər böyük şəxsiyyətlərimizin irsini həqiqətən dərk etmiş olarıq. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini qurumlarımızın əməkdaşlığının daha da gücləndirilməsi, İslam həmrəyliyinin və birlik ruhunun möhkəmləndirilməsi həm bizim, həm də sonrakı nəsillərimiz üçün gələcəyə doğru atılan ən mühüm addımlardan biri olacaq".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər