Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir.
"Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov bu təkliflə birinci "Mərkəzi Asiya - Koreya Respublikası" sammitində çıxış edib.
Mərkəzi Asiya ölkələrinin Cənubi Koreya ilə iqtisadi əməkdaşlığından danışan S.Japarov sənaye nazirlərinin mövcud məsləhət mexanizmi çərçivəsində Dövlət İnvestisiya Qurumları Şurasının yaradılmasını, prioritet layihələrin vahid portfelinin formalaşdırılmasını, eləcə də bu cür təşəbbüslərin maliyyələşdirilməsi, istehsalın lokallaşdırılması və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün birgə investisiya fondunun təsis edilməsini təklif edib.
"Texnoloji əməkdaşlığa, süni intellektin tətbiqinə və rəqəmsallaşdırmaya xüsusi diqqət yetirilib. Bu kontekstdə Sadır Japarov birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib", - məlumatda deyilir.
O vurğulayıb ki, növbəti görüşə qədər "Mərkəzi Asiya – Koreya Respublikası" formatı real nəticələr - işə salınmış istehsalatlar, cəlb edilmiş investisiyalar, tətbiq olunmuş texnologiyalar və vətəndaşlar üçün yeni imkanlar nümayiş etdirməlidir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













