Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişviliyə hücum etməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı BƏƏ qanunvericiliyinə əsasən Usman Nurmaqomedovu bir ilədək həbs və ya təxminən 2 700 dollar məbləğində cərimə gözləyə bilər.
"Home of Fight" nəşrinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, idmançının hərəkətləri BƏƏ-nin Federal Qanununun 390-cı maddəsinin tələblərini poza bilər. Maraqlı məqam ondan ibarətdir ki, Dvalişvili özü şikayət etməkdən imtina etsə belə, hadisənin görüntüləri əsasında cinayət işi başlana bilər.
"Shot" teleqram kanalının yazdığına görə, Usman Nurmaqomedov hadisədən sonra 12 saatdan artıq müddətdə Əbu-Dabidə polis bölməsində saxlanılıb. Münaqişədə iştirak edən komanda üzvlərinin də saxlanıldığı bildirilir.
Rusiyalı UFC döyüşçüsü İslam Maxaçev isə tərəflər arasında uzun müddətdir davam edən qarşıdurmanın olduğunu bildirib.
Dvalişvili hücumdan sonra rəqibini qorxaqlıqda ittiham etdi
Hadisə noyabrın 11-də axşam saatlarında Əbu-Dabidəki otellərdən birinin foyesində baş verib. Yayılan görüntülərdə Usman Nurmaqomedovuun bir qrup şəxslə müsahibə verən Merab Dvalişvilinin arxasından yaxınlaşdığı, daha sonra tərəflər arasında əlbəyaxa davanın başladığı görünür.
🚨 Full footage of the scuffle between Usman Nurmagomedov and Merab Dvalishvili https://t.co/SGJzkQdFif
— Red Corner MMA (@RedCorner_MMA) November 11, 2026
Gürcüstanlı döyüşçü hadisədən sonra açıqlama verərək rəqibini və onun yanındakı şəxsləri gözlənilmədən arxadan hücum etməkdə günahlandırıb. Dvalişvilinin sözlərinə görə, o, RAF turniri üçün otellərin birinin foyesində müsahibə verərkən Usman Nurməhəmmədov dostları ilə birlikdə ona yaxınlaşıb.
Döyüşçü qarşı tərəfin davranışını qorxaqlıq və namərdlik kimi qiymətləndirib. O bildirib ki, əgər aralarında mübahisə və ya döyüşmək istəyi varsa, bunu açıq şəkildə, üz-üzə həll etmək mümkün idi. Dvalişvili həmçinin qarşı tərəfin özü və yanındakı şəxsi yerə yıxıldıqdan sonra belə təpiklə vurmağa davam etdiyini iddia edib.
Paylaşılan görüntülərdə gürcü idmançının üzündə qan izləri və böyük hematoma olduğu görünür. O, ümumi vəziyyətinin yaxşı olduğunu desə də, noyabrın 14-də Əbu-Dabidə Marlon Moraeslə güləş qaydaları üzrə keçirilməsi nəzərdə tutulan qarşılaşmasının baş tutub-tutmayacağı sual altındadır.
Hələlik döyüşün ləğv edilməsi ilə bağlı rəsmi məlumat verilməyib.
🚨😳 Merab Dvalishvili has accused Usman Nurmagomedov and his friends of attacking him from behind in Abu Dhabi. “Just two of us… Usman Nurmagomedov and his friends came like snakes from behind. You guys are just sneaky guys, you’re not real men.” — @MerabDvalishvili #UFC #MMA https://t.co/P2O05nYhGM
— Footyverse (@Footy_verse7) November 11, 2026
Məşhur döyüşçülər Usman Nurmaqomedovu tənqid ediblər
Hadisə MMA ictimaiyyətində də geniş müzakirələrə səbəb olub. UFC-nin ağır çəkidə çıxış edən rusiyalı idmançısı Aleksandr Volkov baş verənləri tənqid edib.
Volkov bildirib ki, mübahisəni kameraların qarşısında, çoxsaylı insanların gözü önündə əlbəyaxa dava ilə həll etməyə çalışmaq düzgün deyil. Onun fikrincə, kiminləsə münasibətləri aydınlaşdırmaq istəyən şəxs bunu daha fərqli şəkildə etməlidir.
Braziliyalı UFC döyüşçüsü Renato Moykano da insidenti idman adına utancverici hadisə adlandırıb və davada iştirak edənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. O, rəqibə arxadan hücum edilməsini qəbuledilməz davranış kimi qiymətləndirib.
Amerikalı-rusiyalı MMA döyüşçüsü Cef Monson isə məsələyə daha təmkinli yanaşıb. O, tərəflərin rəqib olduğunu və hər ikisinin öz aqressiyasını nümayiş etdirmək, üstünlük qazanmaq istədiyini söyləyib.
Dvalişvilinin yanındakı gürcü güləşçinin kimliyi məlum olub
Hadisə zamanı Merab Dvalişvilinin yanında olan şəxsin 21 yaşlı gürcü güləşçi Saba Lazaşvili olduğu müəyyənləşib.
Məlumata görə, insident zamanı Lazaşvili də müqavimət göstərib və Usman Nurmaqomedovun komandasından olan üç şəxsin öhdəsindən gəlməyi bacarıb.
Hadisədən əvvəl onun "Instagram" hesabında təxminən 900 izləyicisi olduğu halda, insidentdən sonrakı bir gecə ərzində izləyicilərinin sayı 170 mindən çox artıb.
🚨UPDATE: Merab Dvalishvili claims his 21-year-old wrestler friend fought both Usman and Umar Nurmagomedov during the altercation, and now wants to switch to MMA. “My young friend, he’s only a 21-year-old wrestler from Georgia, and he was with me. He fought both brothers, Usman and Umar. He said, ‘I’m moving to MMA if two guys can only do this to me.’ And then he also fought the other guys. Oh my God. Security was holding me, and they were kicking and punching us. What the heck? Life is good, guys. Everything is good. Everything is good.” Via @MerabDvalishvil
— Red Corner MMA (@RedCorner_MMA) November 11, 2026
Tərəflər arasında qarşıdurmanın səbəbi nədir?
Məlumata görə, Əbu-Dabidə baş verən insidentin kökündə bu ilin yayında Tbilisidə RAF turnirindən əvvəl yaşanan başqa bir münaqişə dayana bilər.
Həmin vaxt mətbuat konfransında Merab Dvalişviliyə Usman Nurmaqomedovla mümkün güləş qarşılaşması barədə sual ünvanlanıb. Gürcü döyüşçünün rusiyalı idmançı haqqında sərt ifadələr işlətməsi narazılığa səbəb olub.
Bundan sonra rusiyalı güləşçi Əhməd Hacımahmədov Dvalişviliyə yaxınlaşaraq onun Usman Nurməhəmmədov haqqında bu cür danışmasını tənqid edib. Gürcü idmançı isə cavabında Hacımahmədovu təhqir edərək ona şillə vurub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə dava böyümədən dayandırılıb.
Dvalişvili son döyüşlərində rusiyalı Petr Yanqa iki dəfə uduzub
Merab Dvalişvilinin peşəkar MMA karyerasında 21 qələbəsi və 6 məğlubiyyəti var. O, sonuncu döyüşünü oktyabrın 24-də rusiyalı Petr Yanqa qarşı keçirib və hakimlərin yekdil qərarı ilə məğlub olub. Bununla da Yan UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq kəmərini qoruyub.
Dvalişvili 2024-cü ilin sentyabrından 2025-ci ilin dekabrınadək həmin çəki dərəcəsində çempion olub. O, Petr Yanla əvvəlki qarşılaşmasında da məğlubiyyətlə üzləşib.
Usman Nurmaqomedovun isə MMA üzrə peşəkar karyerasında 22 qələbəsi var və hələ heç bir döyüşdə məğlub olmayıb. O, PFL təşkilatının yüngül çəkidə hazırkı çempionudur. Bununla belə, idmançının təşkilatla müqaviləsinin müddəti başa çatıb.
Noyabrın 10-da Usman Nurmaqomedovun UFC-yə keçə biləcəyi barədə məlumat yayılıb. Onunla müqavilənin imzalanması barədə rəsmi açıqlamanın noyabrın 15-nə keçən gecə Nyu-Yorkda keçiriləcək UFC 334 turniri zamanı veriləcəyi gözlənilirdi.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













