Azərbaycanda daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edilib
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) yeni yaradılmış "Qusar Aqropark"a qeydiyyat şəhadətnaməsi təqdim edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, aqropark rayonun Cağar kəndində, Kuzunqışlaq bələdiyyəsinin ərazisində yerləşir.
ATM-in direktor müavini Namiq Şalbuzov bildirib ki, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda ixracyönümlü aqrobiznesin və aqropark modelinin inkişaf etdirilməsi, aqroparkların yeni inkişaf modelinə keçidinin dəstəklənməsi, investisiya təşviqi mexanizmlərinin və güzəştli maliyyələşdirmə alətlərinin genişləndirilməsi, həmçinin subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.
"Qusar Aqropark"ın ümumi ərazisi 77 hektardır. Aqroparkın ərazisində alma, nektarin, şaftalı və gilas bağlarından ibarət intensiv meyvə təsərrüfatı salınıb. Gələcəkdə bağ sahələrinin 110 hektara qədər genişləndirilməsi və meyvə çeşidlərinin artırılması nəzərdə tutulur.
Həmçinin aqroparkda 6 500 ton tutuma malik müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin yaradılması planlaşdırılır.
Hazırda ölkədə aqropark statusuna malik təsərrüfatlar fəaliyyət istiqamətlərindən asılı olaraq bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə və qablaşdırma üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri də daxil olmaqla geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal olunur. Aqroparklarda istehsal edilən məhsullar həm yerli, həm də xarici bazarlarda satılır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Gilas bağlarına subsidiya: Fermerlər bu təşviq mexanizmindən nə qədər yararlana bilir? - ARAŞDIRMA
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













