Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub
Far.Az xəbər saytı

Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub


Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən bildirilib.

Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.

Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Təmsilçilərimizdən daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.

Oxşar xəbərlər

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər