Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib


Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüşündə fikir mübadiləsi aparılıb.

Görüş zamanı mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin təhlükəsiz yaşayışının və məskunlaşmasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər