17 noyabrda nə baş verəcək? - "Simpsonlar"dakı daha bir tarix gündəmdə...
Məşhur "Simpsonlar" animasiyasının gündəmə gətirdiyi bir tarix sosial şəbəkələrdə geniş müzakirələrə və qiyamət günü iddialarına səbəb olub.
BAKU.WS xəbər verir ki, gələcəyə aid etdiyi ehtimallarla hər zaman diqqət çəkən "Simpsonlar"ın 2023-cü ildə yayımlanan bölümlərindən birində Sprinqfild adlı qəsəbəsinin altı gün boyunca elektrik kəsilməsinə məruz qalması, Liza Simpsonun gündəliyində "17 noyabr" tarixinin yer alması sosial mediada narahatlıq doğurub.
Müzakirələrin böyüməsində həmçinin ABŞ-də həyata keçirilən Fövqəladə Hallar Xəbərdarlıq Sistemi (EAS) testinin də rolu olub.
Test çərçivəsində radio və televiziya yayımının qısamüddətli fasilələrlə sınaq xəbərdarlıq mesajı yayımlayacağı qeyd edilib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi bu test ilə "Simpsonlar"dakı elektrik kəsintisi arasında bağ quraraq 17 noyabr tarixinin böyük bir fəlakətin başlanğıcı ola biləcəyini irəli sürüblər.
Hekayədə 2026-cı ildə dünyanın sonunun gələcəyinə və ya qlobal miqyasda hər hansı bir fəlakətin yaşanacağına dair təsdiqlənmiş heç bir proqnoz yoxdur.
Digər tərəfdən, fövqəladə hallar xəbərdarlıq sisteminin testləri mümkün fəlakət və təhlükələr zamanı cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Bu cür testlərin elektrik şəbəkələrinin söndürülməsi ilə heç bir əlaqəsi yoxdur.
"Simpsonlar"dakı tarix ilə cari gün arasında qurulan əlaqələr sosial şəbəkələrin növbəti uydurması olaraq qalır və bu iddiaları dəstəkləyən heç bir elmi sübut mövcud deyil.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













