Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır"
Far.Az xəbər saytı

Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır"


"Ermənistan tərəfindən Azərbaycanın tarixi torpaqlarında yerləşən maddi-mədəni irsə qarşı həyata keçirilən mənimsəmə, saxtalaşdırma siyasəti regionda sülh və barışıq prosesinə maneə yaradır".

Bu sözləri Far.Az-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov bildirib.

O həmçinin vurğulayıb ki, Ermənistanda Azərbaycan və onun qazandığı geosiyasi nəticələrə qarşı aparılan kampaniya gələcək sülh arxitekturası üçün zərərli yanaşmalardır:

"Bunun arxasında ehkamlaşmış erməni ideologiyası ilə yanaşı siyasi motivlər də dayanır: Bu məqamda rəsmi siyasi mövqelərin pərdə arxasında klassik erməni təbliğat aparatı ilə birləşərək vahid informasiya müstəvisinə təsir ehtimalları meydana çıxır. Yəni, Ermənistanda aparılan təbliğatın siyasi müstəvidə rəsmi İrəvanın hədəfləri ilə uyğunluq dərəcəsinə baxmaq lazımdır".

Aqşin Kərimovun sözlərinə görə, əgər təbliğat kampaniyasına yön verilməsində Ermənistan iqtidarının əli varsa, o, bu taktikadan iki məqsədlə istifadə edə bilər: Azərbaycana qarşı özünə diplomatik qalxan yaratmaq və kütlənin əli ilə Azərbaycana qarşı ideoloji cəbhəni aktiv saxlamaq.

Aqşin Kərimov:

Azərbaycan Ermənistandan sülhə dair real addımlar atmasını tələb etdiyi bir zamanda tarixi saxtalaşdırmaq müstəvisinə qayıdış erməni ictimai şüurundakı revanşist meyillərin aradan qalxmadığını göstərir. Revanşist tendensiyalar Vətən müharibəsinin başlanmasının və antiterror əməliyyatlarının keçirilməsinin ildönümləri ərəfəsində erməni ictimai psixologiyasındakı məqsədləri açıqlayır.

Siyasi təhlilçi onu da əlavə edib ki, Azərbaycanın maddi-mədəni irsinə qarşı ideoloji aqressiyanın yenidən alovlanması regional təhlükəsizlikdəki çağırışlarda yeni müzakirələr tələb edir:

"Bu müzakirələrdə əsas qoyulacaq sual budur: erməni cəmiyyəti niyə sülhə hazır deyil? Bunun kök səbəbləri dərinə gedir, ancaq erməni siyasəti və diplomatiyası bu yanaşmaların aradan qaldırılması üçün real addımlar atmalıdır. Azərbaycan dövlətinin formalaşdırdığı sülh və təhlükəsizlik gündəliyinin mahiyyəti bir çox məsələyə aydınlıq gətirir, misal üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi revanşist ideologiyanın hüquqi bazasının səhnədən silinməsi üçün mühüm addımdır".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Nizami City-dən möhtəşəm kampaniya - mənzil alan qazanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər