BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri iqlim hədəflərinin həyata keçirilməsi üçün uyğunlaşma maliyyələşməsini üç dəfə artırmağa və vəsaitlərin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasına dair öhdəliklərini yerinə yetirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Quterreş Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) başa çatması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, temperatur rekord həddə yüksəlməkdə, ekstremal hava hadisələri şiddətlənməkdə, emissiyaların səviyyəsi isə yüksək olaraq qalmaqdadır.
Quterreş qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün cari onillikdə emissiyaların sürətlə və əsaslı şəkildə azaldılmasının vacibliyini vurğulayıb. O, həmçinin kömür, neft və qazdan asılılığın davam etməsinin iqlim böhranını dərinləşdirdiyini, iqtisadiyyatları qiymət şoklarına qarşı həssaslaşdırdığını və enerji təhlükəsizliyini zəiflətdiyini bildirib.
BMT-nin Baş katibi inkişaf etmiş ölkələri iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparan dövlətlərə maliyyə dəstəyini artırmağa çağırıb. O, xüsusilə böhranın yaranmasında ən az payı olan, lakin onun ağır nəticələri ilə üzləşən ölkələrin müdafiəsinin vacibliyini qeyd edib.
Quterreş fosil yanacaq asılılığının azaldılması, təmiz enerjinin genişləndirilməsi, enerji şəbəkələrinin modernləşdirilməsi, metan emissiyalarının azaldılması və meşələrin bərpasının zəruriliyini də diqqətə çatdırıb.
O, çıxışının sonunda COP31-ə ev sahibliyi etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə hökumətinə, xalqına və Antalya şəhərinə təşəkkür edib. Quterreş, həmçinin COP31-in prezidenti Murat Kuruma və danışıqlar üzrə prezident Kris Bouenə səylərinə görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













