Fərid Şəfiyev: Qafqaz Albaniyasının siyasiləşdirilməsinə imkan verilməməlidir
Far.Az xəbər saytı

Fərid Şəfiyev: Qafqaz Albaniyasının siyasiləşdirilməsinə imkan verilməməlidir


Qafqaz Albaniyası tarixi bir məsələdir, bunun siyasiləşdirilməsinə imkan verilməməlidir.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomatların Qarabağa sonuncu səfəri Ermənistan tərəfdən həm diaspor, həm bəzi hökumət nümayəndələri, həm də ölkə ictimaiyyəti arasında bir sıra mənfi şərhlərə səbəb olub:

"Müzakirənin səbəbi Qafqaz Albaniyasının tarixi deyil, o tarix bizə bəllidir. Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyində, milliyyətçiliyində böyük rol oynayır. Erməni millətçiləri Qafqaz Albaniyası ilə maraqlanırlar. Yeri gəlmişkən, Ermənistan Azərbaycana qarşı ərazi iddiası sürərkən "Böyük Ermənistan" konsepsiyası ilə çıxış edir və bu da Azərbaycan əraziləri, o cümlədən Qarabağ ərazisi, tarixi Qafqaz Albaniyasının ərazilərini ehtiva edir. Qafqaz Albaniyası ermənilər üçün çox vacib bir elementdir, bunu erməniləşdirmək istəyirlər".

F.Şəfiyev həmçinin bildirib ki, Azərbaycan ərazisində katolik, pravoslav, erməni kilsələri, o cümlədən alban kilsələri var:

"O, bizim tariximizdir, biz də onu qoruyub saxlayırıq. Alban kilsələrinə ermənilərin maraqları məhz "Böyük Ermənistan" və Azərbaycana qarşı irəli sürülən ərazi iddialarından irəli gəlir. Münaqişə bitib, sülh gündəliyi formalaşdırılıb. Bunun indi gündəmə gəlməsi göstərir ki, erməni cəmiyyəti tam sülhə hazır deyil. Erməni hökuməti də burada müəyyən addımlar atır. Erməni cəmiyyətində hələ də radikal düşüncələr var".

BMTMM rəhbəri eyni zamanda vurğulayıb ki, erməni kilsəsi hələ də sülhə qarşı çıxış edir:

"Ermənistan cəmiyyətində də, diasporunda da, bir sıra xarici ölkələrdə də onların rolu var. Qafqaz Albaniyası tarixi bir məsələdir. Bunun siyasiləşdirilməsinə imkan verməməliyik. Hətta Avropanın müxtəlif siyasətçilərini də bu işə cəlb ediblər, biz buna tutarlı cavab verməliyik".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər