Deputat: "Dövlət büdcəsinin məşğulluğa təsiri ayrıca qiymətləndirilməlidir"
Azərbaycanda dövlət büdcəsinin məşğulluğa təsiri ayrıca qiymətləndirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı bildirib.
"Adətən büdcədə əməkhaqqı xərclərinə diqqət yetiririk. Lakin nəzərə almalıyıq ki, büdcənin digər xərcləri hesabına da minlərlə insanın məşğulluğunu təmin etmək mümkündür. Eyni zamanda, malların satın alınmasına və xidmətlərin göstərilməsinə böyük vəsait ayrılır. Bu sifarişlərin yerinə yetirilməsinə özəl müəssisələrdən də çoxsaylı işçilər cəlb olunur, onların əməyinin ödənilməsi təmin edilir və yeni iş yerlərinin yaradılmasına imkan yaranır. Deməli, büdcənin məşğulluğa təsiri yalnız büdcə təşkilatlarında çalışan işçilərin sayı ilə məhdudlaşmır. Təklif edirəm ki, dövlət büdcəsi hazırlanarkən investisiya xərcləri və dövlət satınalmaları hesabına neçə iş yerinin yaradılacağı, neçə mövcud iş yerinin qorunacağı da proqnozlaşdırılsın. Bunun üçün hər il büdcə layihəsində işçi qüvvəsinə tələbat, yaradılması nəzərdə tutulan iş yerlərinin sayı və məşğulluğun müddəti əvvəlcədən müəyyən edilə bilər. İlin sonunda isə bu göstəricilər üzrə faktiki nəticələrə dair hesabat təqdim oluna bilər", - deyə o qeyd edib.
Deputatın fikrincə, bu məlumatların büdcə sənədlərində ayrıca əks etdirilməsi faydalı olar: "Bu yanaşma həm büdcənin, həm də məşğulluğun təmin olunmasına müsbət təsir göstərəcək. Eyni zamanda, sosial müdafiə fonduna ödənişlərin artmasına da töhfə verəcək. Nəzərə alaq ki, dövlət büdcəsində 22,4 milyard manat cari xərclər, 13,8 milyard manat isə əsaslı xərclər nəzərdə tutulur. Bu xərclərin hər birinin daxilində də kifayət qədər iş yeri mövcuddur".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













