Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb
Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir.
Far.Az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan şəxslərin sayı 235 nəfərdir: "Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin".
Zahid Oruc struktur və kadr dəyişikliklərinin xidmətlərin təşkilinə təsir etdiyini də bildirib: "Təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir. Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır".
Komitə sədri həmçinin icbari tibbi sığortada deputatların belə keçə bilmədiyi baryerlərin yarandığını deyib: "Deputatlar üçün icbari tibbi sığorta haqqı kifayət qədər yüksək məbləğdir. Amma icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələr yaranıb. Bu, özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur. Vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Bu prosedur təcili müalicəyə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır".
Zahid Oruc sərhəd kəndlərində məskunlaşmanın qorunmasının vacibliyini də vurğulayıb: "Bakının əhalisinin mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır. Bu, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil və əmək bazarına təzyiqi artırır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Kənddə elektrik və qaz tariflərini azaltmaq, ipotekanı bölgələrdə vermək, emal müəssisələrinə sıfır vergi siyasəti aparmaq, müəllim və həkimlərin ödənişlərini artırmaq lazımdır. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss etməlidir. Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bağlanmaq vəziyyətində qalırsa, kəndin özünün varlığı sual altına düşür. Bizim boşalan kəndlərimizə qayıdış proqramına ehtiyacımız var. İnsanlar həmin bölgələrdə yaşasın, ekoloji təmiz məhsul istehsal etsin və kənd turizmi inkişaf etsin".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













