Ağdərə sakini: Doğma yurda getdiyimizi yuxuda görürdük, ancaq bu gün həqiqətən qayıdırıq
Çox sevincliyik. Qaçqınçılıq elə bir həyatdır ki, onu ancaq qaçqın olanlar bilər.
Bunu "Report"a açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Nəcəf Cəfərov deyib.
"Çox yerlərdə qaldıq, çox yerlərdə süründük.: məktəblərdə, bağçalarda... İnanmırdıq ki, biz öz yerimizə, yurdumuza qayıdacağıq. Yalnız yuxuda görürdük ki, doğma yurdumuza qayıdırıq, ancaq bu gün həqiqətən geri gedirik", - o öz təəssüratlarını bölüşüb.
"Allah Prezidentimizin canını sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bundan gözəl gün ola bilər? Bu gün ən gözəl günümüzdür", - keçmiş məcburi köçkün deyib.
Qeyd edək ki, bu gün Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınacaq.
Oxşar xəbərlər
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib













