ABŞ Slovakiyaya Rusiya nefti ilə bağlı sanksiya güzəştini 120 gün artırıb
Slovakiya ABŞ administrasiyasından Rusiya neftinin satın alınmasını və ödənişini Vaşinqtonun sanksiyalarının tətbiqi riski olmadan davam etdirməyə imkan verən güzəşt dövrünün 120 gün müddətinə uzadılmasına nail olub.
"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova sosial şəbəkələrdə bildirib.
"Məqsədimiz ABŞ sanksiyalarının Slovakiyaya neft tədarükünü və neft emalı zavodumuzun fasiləsiz işini təhdid edə biləcəyi bir vəziyyətin qarşısını almaq idi", - D.Sakova bildirib.
Onun sözlərinə görə, güzəşt dövrünün əlavə 120 gün müddətinə uzadılması nəinki neft tədarükünün sabitliyinə əminliyi artırır, həm də idxal mənbələrinin şaxələndirilməsi üçün zərui olan vaxtla təmin edir.
Güzəştlər ilk dəfə ABŞ tərəfindən 2025-ci ilin oktyabrında bir il müddətinə verilmişdi və noyabrın 21-də qüvvədən düşməli idi.
İqtisadiyyat Nazirliyindən qeyd ediblər ki, müddətin uzadılması Slovakiyanın bir neft tədarükçüsündən asılılığının azaldılması və alternativ mənbələr hesabına idxalın şaxələndirilməsi üzrə uzunmüddətli hədəfini dəyişmir.
Qurum beynəlxalq tərəfdaşlarla müvafiq danışıqları davam etdirmək niyyətindədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













