Dağ-mədən sənayesinin inkişafı yeni sənaye zəncirlərinin formalaşdırılmasına xidmət edir - RƏY
Azərbaycanın iqtisadi inkişaf strategiyasında əsas məqsədlərdən biri ölkənin təbii və iqtisadi potensialından səmərəli istifadə olunmaaqla qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etməkdir. Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Bu barədə "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı ilk növbədə ölkənin zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha fəal cəlb edilməsini nəzərdə tutur:
"Burada əsas məsələ yalnız filiz hasilatının artırılması deyil, hasil olunan xammalın ölkə daxilində emal olunması, daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bununla da bütöv sənaye zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın son illər həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamıdır. İndiyədək imzalanmış dövlət proqramları ölkənin müxtəlif sahələrində inkişafın sistemli xarakter almasına, regionların iqtisadi potensialının üzə çıxarılmasına, müasir infrastrukturun yaradılmasına və sənaye müəssisələrinin fəaliyyətinin genişlənməsinə mühüm imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkənin bütün bölgələrində iqtisadi fəallıq üçün yeni şərait formalaşıb. Bu gün həmin infrastruktur bazası yeni sənaye layihələrinin reallaşdırılması üçün mühüm üstünlükdür.
Enerji, nəqliyyat, logistika və kommunal infrastrukturların inkişafı, regionlarda sənaye zonalarının yaradılması, sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması dağ-mədən və metallurgiya sahəsində böyük layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır".
"Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərin iqtisadi potensialının öyrənilməsi və dövriyyəyə cəlb olunması da həyata keçirilir. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışını deyil, həm də həmin ərazilərin iqtisadi həyatının yenidən canlandırılmasını nəzərdə tutur. Bu baxımdan geoloji kəşfiyyat işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müasir texnologiyalar əsasında ölkənin müxtəlif bölgələrində mineral ehtiyatların yenidən öyrənilməsi, yeni yataqların aşkar edilməsi və mövcud yataqların potensialının dəqiqləşdirilməsi gələcək sənaye siyasətinin mühüm istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, digər regionların, o cümlədən Naxçıvanın mineral-xammal imkanlarının araşdırılması da bu baxımdan diqqət çəkir. Daşkəsən istiqamətində həyata keçirilən layihələr də bu siyasətin mühüm tərkib hissəsidir. Dəmir filizinin hasilatı və zənginləşdirilməsi ilə yanaşı, metallurgiya məhsullarının istehsalına qədər uzanan sənaye zəncirinin yaradılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu prosesin Qərb Sənaye Parkının fəaliyyəti ilə əlaqələndirilməsi isə regionda yeni sənaye klasterinin formalaşmasına imkan verir. Qərb Sənaye Parkının yaradılması regionların sənayeləşdirilməsi siyasətinin yeni mərhələsini əks etdirir".
Deputatın sözlərinə görə, müasir texnologiyaların tətbiqi, ekoloji ekspertizanın gücləndirilməsi və təbiətin qorunması yeni layihələrin əsas prinsiplərindən olmalıdır.
S.Salmanova hesab edir ki, Dövlət Proqramı Azərbaycanın mineral sərvətlərinin ölkənin gələcək iqtisadi inkişafına daha geniş şəkildə xidmət etməsi üçün mühüm yol xəritəsidir. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifə yeraltı sərvətləri yalnız hasil etmək deyil, onları müasir sənaye, texnologiya, insan kapitalı və infrastruktur imkanları ilə birləşdirərək yüksək əlavə dəyər yaradan məhsullara çevirməkdir.
Deputat vurğulayıb ki, bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız ayrı-ayrı yataqların istismarı və müəssisələrin yaradılması məsələsi deyil. Onun sözlərinə görə, bu istiqamət qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, regionların sənayeləşdirilməsi, yeni istehsal zəncirlərinin qurulması və Azərbaycanın iqtisadi potensialının daha səmərəli reallaşdırılması istiqamətində ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsidir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













