Azərbaycanın turizm sektorunda muzdla çalışan şəxslərin sayı açıqlanıb
2019-2025-ci illərdə Azərbaycanın turizm sektorunda muzdla çalışan şəxslərin sayı 46 % artaraq 121 min nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, təkcə ictimai iaşə və yerləşmə sektorunda isə bu artım 56 % təşkil edib.
"Bu illər ərzində turizmin iqtisadiyyatda payı 4,5 %-dən 5,4 %-ə yüksəlib. Turizm məşğulluq imkanlarının geniş olduğu sahələrdən biridir, bir neçə istiqaməti əhatə etdiyindən, bu sektorda fəaliyyət göstərən subyektlər dedikdə yalnız yerləşmə və restoran, ictimai iaşə müəssisələri nəzərdə tutulmur. Buraya marketinq, nəqliyyat, daşıyıcılar və digər əlaqəli sahələr də daxildir. 2026–2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramında xüsusilə sənayenin təşviqi və turizmin iqtisadiyyatda payının artırılması üçün müxtəlif mexanizmlər nəzərdə tutulub. Çünki turizmin iqtisadiyyatda payının artması bütövlükdə bu sahədə məşğulluğun genişlənməsi ilə də nəticələnir", - deyə sədr müavini əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
"McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













