Əfvə düşən pakistanlı qadın azadlığa buraxılıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Əfvə düşən pakistanlı qadın azadlığa buraxılıb - YENİLƏNİB-2


Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

"Far.Az" xəbər verir ki, müəssisədən Pakistan vətəndaşı olan 1 qadın azadlığa buraxılıb.

O, əfvə düşən yeganə qadın məhbusdur.

Qeyd edək ki, bu gün imzalanan əfv sərəncamıı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.

"Far.Az" xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün imzalanan Əfv Sərəncamı ümumilikdə 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.

"Far.Az"un xəbərinə görə, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər