Rusiya nüvə qəzası riskinə görə Ukrayna enerji infrastrukturuna zərbələri dayandırmağa çağırılıb
Bu qış Ukraynada nüvə qəzası riski Rusiyanın ölkənin enerji infrastrukturuna davam edən hücumları səbəbindən artır.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin tanış olduğu 38 ölkənin nüvə təhlükəsizliyi orqanları nümayəndələrinin birgə bəyanatında bildirilib.
Tənzimləyici qurumlar Rusiyanı Ukrayna atom elektrik stansiyalarının (AES) təhlükəsiz fəaliyyəti üçün zəruri olan enerji obyektlərinə və infrastrukturuna zərbələri dayandırmağa çağırıblar.
"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsi və ölkənin enerji infrastrukturuna davam edən hücumları ilə əlaqədar nüvə təhlükəsizliyi üçün artan risklərdən dərin narahatlığımızı bildiririk. Hesab edirik ki, Rusiya Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz istismarı üçün zəruri olan enerji infrastrukturuna hücumları təcili olaraq dayandırmalıdır", - bəyanatda bildirilib.
Əsas təhlükə nüvə yanacağının soyudulması və qəzaların qarşısının alınması üçün zəruri olan elektrik təchizatında yaranabiləcək fasilələrlə bağlıdır. Avropa və Şimali Avropa radiasiya təhlükəsizliyi qurumları birliklərinin rəhbəri Per Strandın qiymətləndirməsinə görə, ən pis ssenaridə genişmiqyaslı elektrik kəsintisi Ukraynanın fəaliyyətdə olan 9 reaktorunun hamısına təsir göstərə və radioaktiv maddələrin yayılmasına səbəb ola bilər.
Onun sözlərinə görə, əgər indidən tədbirlər görülərsə və enerji infrastrukturuna hücumların dayandırılmasına nail olunarsa, bu cür hadisələrdən qaçmaq mümkündür. Əks təqdirdə, Avropa ölkələri mümkün fövqəladə hallara hazırlaşmalıdır.
Ukraynada 4 AES yerləşir, onlardan 3-ü fəaliyyətini davam etdirir və "Reuters"in məlumatına görə, bu qış istehlak edilən elektrik enerjisinin təxminən 80 %-ni təmin edəcək. Avropanın ən böyük stansiyası olan Zaporojye AES Rusiyanın nəzarəti altındadır və elektrik enerjisi istehsal etmir, lakin nüvə yanacağının soyudulması üçün onun xarici enerji təchizatına ehtiyacı var.
AEBA-nın məlumatına görə, müharibənin əvvəlindən Zaporojye AES 27 dəfə xarici elektrik təchizatını itirib və qəza dizel-generatorlarına keçmək məcburiyyətində qalıb. Hazırda stansiya elektrik enerjisini yalnız bir xarici elektrik verilişi xətti vasitəsilə alır.
Bəyanat Avropa İttifaqı dövlətləri, ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya daxil olmaqla, 38 ölkənin nüvə və radiasiya tənzimləmə orqanlarını birləşdirən HERCA, WENRA və NORA nümayəndələri adından təqdim edilib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb













