Azərbaycanla Sent-Kits və Nevis diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir
Far.Az xəbər saytı

Azərbaycanla Sent-Kits və Nevis diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir


Azərbaycanla Sent-Kits və Nevis arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.

"Far.Az" xəbər verir ki, müvafiq saziş xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevisdə olan həmkarı Denzil Luelin Daqlasla görüşündə imzalanıb.

"Bu saziş rəsmi səfərləri daha da asanlaşdıracaq, diplomatik əlaqələri genişləndirəcək və iki ölkə arasında insanlararası təmasları gücləndirəcək", - Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

Həmçinin qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin həvəsləndirilməsinin, habelə BMT və Qoşulmama Hərəkatı daxil olmaqla, çoxşaxəli platformalar çərçivəsində təsisatlararası koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər