Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
Dənizkənarı Bulvar İdarəsi və ya hər hansı dövlət qurumu sahibkarlıq subyektlərinin pərakəndə satış qiymətləri və müxtəlif xidmətlərin qiymətləri üçün inzibati qaydada tənzimləyici kimi çıxış etmir.
Bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.
Onun sözlərinə görə, Dənizkənarı Milli Park ərazisində müxtəlif sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmətlər və təqdim olunan məhsullar qanunvericiliklə dövlət tərəfindən tənzimlənən hallar istisna olmaqla sərbəst bazar münasibətləri şəraitində formalaşır:
"İnzibati qaydada tənzimləmə mümkün olmasa da, İdarə öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlərlə qiymətlərin əlçatanlığı, ərazidəki xidmətlərin müxtəlifliyi, sərbəst rəqabət mühitinin formalaşması, həmçinin digər yollarla əlçatanlıq məsələsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu çərçivədə əsas format İdarənin sahibkarlıq subyektləri ilə apardığı işçi müzakirələrdir. Məsələn, hansısa qiymət artımına təsir edən amillərin aradan qaldırılması mümkün olduqda həmin kommersiya subyektləri ilə olan kommersiya şərtlərinə hər hansı güzəştlərin edlməsi, həvəsləndirmə və digər faktorların tətbiqi ilə bu cür qiymət artımının qarşısını almaqla bağlı istiqamət götürülür. Son bir neçə il ərzində sahibkarlıq subyektləri ilə bu istiqamətdə aparılan işlərin müəyyən nəticələri özünü göstərir".
X.Ağalarov əvvəllər ən çox rast gəlinən tendensiyalardan birinin xüsusi kütləvi tədbirlər zamanı ziyarətçi sayının artdığı üçün sahibkarlıq subyektlərinin süni şəkildə qiymət artırdığı olduğunu vurğulayıb:
"Aparılan işlər çərçivəsində bu kimi halların qarşısı alınıb. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tələblər, o cümlədən qiymətlərlə bağlı şəffaflığın təmin edilməsi, hansısa məhsul və ya xidmətlərlə bağlı məlumatların açıq göstərilməsi tələblərin tədricən yerinə yetirilməsi ilə artıq bu istiqamətdə irəliləyişlər var, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Dənizkənarı Bulvar İdarəsi sahibkarlıq subyektləri ilə bağlı aktiv təmaslar çərçivəsində bu cür məsələlərin davamlı olaraq tənzimlənməsini təmin etmək mövqeyində çıxış edir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













