Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
Far.Az xəbər saytı

Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanla sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyəni" qidalandıran "konfrontasiyalı ritorika"dan istifadə olunduğunu etiraf edib.

"Far.Az"un məlumatına görə, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Ermənistan hökumətinin başçısı bəzən bu cür bəyanatların rəsmi səviyyədə səsləndirildiyini qeyd edib.

Çıxışında o, regionda kommunikasiyaların blokdan çıxarılması məsələsinə də toxunaraq bunun Ermənistandan keçməklə Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni də əhatə etməli olduğunu bildirib.

Regionda əlaqələrin bərpasından danışan Paşinyan həmçinin Türkiyədən Ermənistanla dəmir yolu əlaqəsinin açılmasını gözlədiyini qeyd edib.

Paşinyan İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq bunun "transformasiya mərhələsində" olduğunu vurğulayıb.

"İndi, Azərbaycanla sülh bərqərar etdiyimiz bir vaxtda Ermənistan-Rusiya münasibətləri təbii olaraq dəyişəcək", – Ermənistanın Baş naziri bəyan edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər