Nahamar yolda ağır qəza - Ölənlər sinif yoldaşı olublar
Far.Az xəbər saytı

Nahamar yolda ağır qəza - Ölənlər sinif yoldaşı olublar


Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, iki nəfər (kişi) noyabrın 11-də saat 23:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1994-cü il təvəllüdlü şəxsə bədənin dəqiqləşdirilməmiş çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.

1995-ci il təvəllüdlü digər şəxs komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona başın qapalı travması, döş qəfəsinin travması, qabırğaların sınığı diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs aparılan reanimasiya tədbirlərinə cavab verməyib. 12.11.2026-cı il tarixində saat 00:55-də bioloji ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə açıqlamada qeyd olunub.

***10:14

Şəmkirdə iki nəfərin öldüyü qəzanın bəzi təfərrüatı ortaya çıxıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, avtomobildə olanlar Şəmkir rayon, Qılıncbəyli kənd sakinləri Elgün Abbasov, Ruslan Səfərov və Eşqin Abbasov sinif yoldaşları olublar.

Onlar qəzadan əvvəl rayonda fəaliyyət göstərən restoranların birində yeyib-içiblər. Qəza oradan çıxıb evlərinə gedərkən baş verib. Sürücü və sərnişinlərin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-i saat 23 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasov "Toyota" markalı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.

"Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.

Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.

Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətəmeyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır!"

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər