Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 sentyabr Anım günü, 1 oktyabr - Azərbaycan prokurorluq işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ilk öncə Azərbaycan müstəqil dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Baş prokuror bildirib ki, müasir, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi vəzifələr həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu tarixi hadisələr şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin gücü sayəsində mümkün olub.
Baş prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və həmin ərazilərdə zəruri infrastrukturun yaradılması qarşıda duran əsas vəzifələrdəndir.
Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi qeyd olunub. Həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının dövlətçiliyimizin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı bildirilib.
Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən Müharibəsinin iştirakçıları – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə, habelə Vətən müharibəsi zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarəsinin prokuroru Ozal Həsənov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.
Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib, prokurorluq orqanlarının şəhid ailələrinə, müharibə iştirakçılarına və prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













