AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya və regional bağlantı imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən AIIF 2026 çərçivəsində "Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri" mövzusunda panel sessiya təşkil edilib.
Sessiyaya "AnewZ" telekanalının baş redaktorunun müavini Orxan Amaşovun moderatorluq edib.
İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın əsas platformalarından biri kimi rolunu vurğulayıb. Orta Dəhlizin inkişafı, yaşıl enerji, qarşılıqlı investisiyalar və nəqliyyat sahəsində birgə layihələrin regional iqtisadi inteqrasiyanı gücləndirdiyi qeyd olunub.
Tədbirdə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türkdilli Dövlətlər Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin icraçı direktoru Balaş Hendrix, Türkiyənin "Sabancı Holding"in baş icraçı direktoru Kıvanç Zaimler, BƏƏ-nin XRG şirkətinin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Gürcüstanın LEPL İnvestisiya Agentliyinin baş icraçı direktoru Mixeil Xidureli, "Qazaxıstan Dəmir Yolları" şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev çıxış ediblər.
İştirakçılar Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq platformasının formalaşdırılması, Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, siyasi dialoqun biznes, infrastruktur və institusional əməkdaşlıq üzrə praktiki təşəbbüslərlə tamamlanması barədə fikirlərini bölüşüblər. Müzakirələrdə region ölkələri arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi, özəl sektorun və institusional mexanizmlərin regional əməkdaşlığa töhfəsi, habelə Xəzər hövzəsi üzrə daha sıx iqtisadi inteqrasiyanın təşviqi məsələləri diqqət mərkəzində olub.
Xatırladaq ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, "The European House - Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçirilən Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"













