Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş
UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüntülənib.
Far.Az xəbər verir ki, idmançının görüntüləri Usman və Umar Nurmaqomedovun, eləcə də onların komanda üzvlərinin Əbu-Dabidə saxlanıldıqdan sonra azadlığa buraxılması ilə bağlı məlumatların yayıldığı vaxta təsadüf edib.
Fotodan görünür ki, Həbib Nurmaqomedov "Mercedes-Benz G-Class" markalı avtomobilin sükanı arxasındadır. O, gülümsəyərək əlini yuxarı qaldırır. Görüntüləri Səid İzaqahmayev sosial şəbəkə hesabının hekayə bölməsində paylaşıb.
Bundan əvvəl bir sıra mənbələr Həbib Nurmaqomedovun yaxın qohumları Usman və Umarın, həmçinin komandanın digər üzvlərinin azadlığa buraxılması üçün danışıqlar apardığını iddia etmişdi. Məlumatlarda keçmiş UFC çempionunun bu məqsədlə şəxsən şeyxlərlə görüşdüyü bildirilirdi.
Gürcüstanlı döyüşçü Merab Dvalişvili də idmançıların azadlığa buraxılması barədə məlumat yayıb.
Lakin baş verənlərin təfərrüatları, saxlanılan şəxslərin hamısının hazırkı statusu və azadlığa buraxılma ilə bağlı yayılan xəbərlər hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













