Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Far.Az xəbər saytı

Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirilib


Xankəndi şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. Anım Günü yalnız hüzn və kədər günü deyil, həm də yaddaş, ehtiram və Vətən qarşısında məsuliyyət günüdür.

Daha sonra Qarabağda aparılan quruculuq işlərini, doğma yurdlarına qayıdan insanların həyatını və azad edilmiş ərazilərdə yenidən başlayan yaşam tərzini əks etdirən videoçarx nümayiş olunub.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər