"PAŞA Həyat Sığorta" və "TABIA Group" sağlamlıq və rifah üzrə əməkdaşlıq edəcək
"PAŞA Həyat Sığorta" və "TABIA Group" arasında müştərilər üçün yeni xidmət imkanlarının yaradılması, sağlam həyat tərzinin təşviqi və "wellness" (sağlamlıq və rifah) sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlığın məqsədi "PAŞA Həyat Sığorta" şirkətinin yeni strateji istiqaməti çərçivəsində "longevity" (uzunömürlülük), fiziki və mental sağlamlığın istirahət imkanları ilə birləşdirərək müştərilərə daha geniş xidmət təklifləri təqdim etməkdir. "TABIA Group" isə tərəfdaşlıq çərçivəsində Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə verməyi, sağlamlıq və rifah xidmətlərini daha geniş auditoriya üçün əlçatan etməyi hədəfləyir.
Əməkdaşlıq çərçivəsində bir neçə istiqamət üzrə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır:
· Xüsusi sağlamlıq və istirahət təklifləri: "PAŞA Həyat Sığorta"nın müştəriləri üçün "TABIA Group"a daxil olan otel və sağlamlıq mərkəzlərində xüsusi təkliflərin, "wellness" paketlərinin və fərdi proqramların hazırlanması.
· Sığorta məhsulları üzrə əlavə üstünlüklər: Seçilmiş həyat sığortası məhsullarına "longevity" (uzunömürlülük) və istirahət xidmətlərinin əlavə üstünlük kimi inteqrasiya imkanı.
· Sağlam həyat tərzinin təşviqi: Profilaktik yanaşma, bərpa prosesi və müştəri təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi.
Tərəflər əməkdaşlıq vasitəsilə həyat sığortasının ənənəvi maliyyə müdafiəsi funksiyasını genişləndirərək müştərilərin gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyirlər. Bu yanaşma maliyyə təhlükəsizliyi ilə yanaşı, fiziki və emosional sağlamlığın dəstəklənməsini də əhatə edir.
"TABIA Group"un sağlamlıq, "wellness" və qonaqpərvərlik sahələrindəki imkanlarının "PAŞA Həyat Sığorta"nın həyat sığortası üzrə təcrübəsi ilə birləşdirilməsi müştərilərə daha geniş və fərdiləşdirilmiş xidmət imkanları yaradacaq.
İmzalanma mərasimində hər iki şirkətin rəhbər heyəti və nümayəndələri iştirak ediblər. Görüş zamanı tərəflər əməkdaşlığın əhəmiyyətini, müştərilər üçün nəzərdə tutulan yeni imkanları və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
TABIA Group və Hilton Azərbaycanda strateji memorandum imzaladı
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub












