Xaçmaz rayonunda Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Emil Tağıyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri 27 sentyabr – Anım Günündə Xaçmaz şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
"Report" xəbər verir ki, E. Rzayev xiyabandakı məşəlin önünə əklil qoyub.
Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət olunub, Xaçmazdan olan şəhidlərin xatirə lövhələri önünə qərənfillər düzülüb.
İcra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb.
O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Silahlı Qüvvələrimizin şücaəti sayəsində ərazi bütövlüyümüz təmin edilib, şəhidlərimizin qanı yerdə qalmayıb. Bu gün qüdrətli Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin keşiyində möhkəm dayanır. Dövlət başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğı xüsusi vurğulanıb.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu zaman nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərin səs siqnalları verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub













