Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Far.Az xəbər saytı

Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər


Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər.

Far.Az report-a istinadən xəbər verir ki, qonaqlar Zəfər parkı barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Zəfər parkında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə əks olunub. Qonaqların diqqətinə çatdırılıb ki, parkın inşası zamanı hər bir detal xüsusilə işlənib və onların rəmzi mənası var. Belə ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkanların üzərində 44 gün davam edən müharibənin hər gün üçün məlumatları və azad edilən yaşayış məntəqələrinin adları, həmçinin xüsusi lövhələrdə 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələri barədə məlumatlar qeyd olunub.

Daha sonra qonaqlar Xankəndidəki Zəfər meydanını da gəziblər, onlara bu məkan barədə ətraflı məlumat verilib.

Ardınca qonaqlar seyəngahdan şəhəri seyr edib, xatirə fotoları çəkdiriblər.

*** 09:40

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutub.

Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Qonaqlar Xankəndiyə səfər zamanı Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər - YENİLƏNİB
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər