Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
Far.Az xəbər saytı

Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub


Daşkəsən rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üstünə güllər düzülüb.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.

Ehsan mərasimində torpaqların azadlığı və suverenliyi uğrunda canlarını fəda edən vətən övladlarının ruhuna dualar oxunub.

Saat 12:00-da rayon ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər