Azərbaycanın Vəkillər Kollegiyası ilə BMT arasında əməkdaşlıq müzakirə olunub
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə əməkdaşlığı müzakirə ediblər.
Bu barədə "Report"a VK-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Anar Bağırov Kollegiyanın fəaliyyəti, son illərdə həyata keçirilən işlər, vəkillik institutunun inkişafı, eləcə də ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Sədr VK ilə BMT-nin müxtəlif qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Dmitro Şlapaçenko göstərilən səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin ixtisaslaşmış qurumları barədə əlavə məlumat verib.
Görüş çərçivəsində Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli ötən dövrlərdə görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki islahatların nəticələri barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonağın nəzərinə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Yekunda Anar Bağırov qonağa VK-nın rəsmi nəşrlərini hədiyyə edib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Vəkiliyə qəbulla bağlı imtahan mərhələlərini uğurla başa vuran 71 namizəd icbari təlimlərə cəlb edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













