Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Zəfər Parkını ziyarət ediblər
Far.Az xəbər saytı

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Zəfər Parkını ziyarət ediblər


Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və ölkəmizdə səfərdə olan diaspor təşkilatlarının nümayəndələri 27 Sentyabr – Anım Günündə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Komitədən "Far.Az"a verilən məlumata görə, ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bu gün Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin ictimaiyyətinə Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 21 ölkəsində yerləşən Azərbaycan Evlərində guşələr yaradılır, anım mərasimləri və tədbirlər təşkil olunur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər