"Trendyol" COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) İqlim Dəstəkçisi kimi iştirak edib.
"Trendyol" COP31-də dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri, fəaliyyət istiqamətlərini və gələcək hədəflərini təqdim edib. Şirkət həmçinin bütün dəyər zəncirində dayanıqlı böyümənin təmin edilməsi, regionların inkişafında texnologiyanın rolu və iqlim hədəflərinə çatmaqda özəl sektorun töhfəsi kimi məsələləri gündəmə gətirib.
"Rəqəmsallaşma yerli inkişafın hərəkətverici qüvvəsi ola bilər"
COP31 çərçivəsində "Dayanıqlı transformasiya üçün özəl sektorun töhfəsi ilə təşəbbüslərin sürətləndirilməsi: insan kapitalına, innovasiyalara və iqlim dayanıqlılığına investisiya" adlı paneldə iştirak edən "Trendyol" Qrupunun sədr müavini Sinan Cem Şahin BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə həyata keçirilən "Sabahın kəndləri" layihəsinin regionların inkişafına verdiyi töhfələrdən danışıb: "Trendyol" olaraq inanırıq ki, rəqəmsallaşma yerli potensialı yeni iqtisadi imkanlarla birləşdirərək regionların inkişafına güclü təkan verə bilər. BMT-nin İnkişaf Proqramı (UNDP) ilə 2022-ci ildən həyata keçirdiyimiz "Sabahın kəndləri" layihəsi indiyədək 10 mindən çox insanı əhatə edib. Onlardan təxminən 6 min 500 nəfəri qadınlar və qız uşaqlarıdır. Rəqəmsal mərkəzlərimiz vasitəsilə yerli istehsalçıların, qadınların və gənclərin yeni bacarıqlar əldə etməsinə, sahibkarlıq potensiallarını inkişaf etdirməsinə və daha geniş bazarlara çıxış imkanları qazanmasına dəstək veririk. Məqsədimiz regionlarda yaşamağın daha az imkanlara sahib olmaq anlamına gəlmədiyi, insanların öz bölgələrində dayanıqlı gələcək qura bildiyi bir ekosistemin inkişafına töhfə verməkdir".
"Trendyol" dayanıqlılıq hədəflərini 2030 yol xəritəsilə gücləndirdi
"Trendyol" COP31 çərçivəsində dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri təqdim edib. Şirkət bu sahədəki fəaliyyəti və gələcək hədəflərini dördüncü Dayanıqlılıq Hesabatında da ətraflı açıqlayıb.
"Trendyol" 2025-ci ildə logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadəyə keçib. Ofislər də daxil olmaqla, bütün məkanlarında istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpaolunan mənbələrdən təmin edən şirkət bazar əsaslı 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb.
"Trendyol" 2030-cu ilədək bütün məkanlarında sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadə etməyi, 50 min insanın rəqəmsal və iqtisadi baxımdan güclənməsinə dəstək verməyi, həmçinin 5 min ixtisaslı e-ticarət mütəxəssisi yetişdirməyi hədəfləyir. Şirkət uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatlarında, 2050-ci ilədək isə bütün dəyər zəncirində karbon neytrallığına nail olmağı hədəfləyir.
COP31 müddətində "Trendyol"un stendini ziyarət edən qonaqlar şirkətin dayanıqlılıq sahəsindəki fəaliyyəti və "Sabahın kəndləri" layihəsi haqqında məlumat alıblar.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Trendyol COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













