Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq
Far.Az xəbər saytı

Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq


Türkiyənin "Canik" müdafiə sənayesi şirkəti Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib.

Far.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Şirkət 12.7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırladığı FALCON FLEX 50 sistemi ilə silah-platforma inteqrasiyası imkanlarını genişləndirir.

Məlumata görə, Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotu və hava vasitələri üçün hazırlanmış FALCON FLEX 50 dayağının inteqrasiyası üzrə işlər aparılıb. Layihə çərçivəsində əvvəlcə Türkiyənin inventarındakı Mi-17 helikopteri araşdırılıb, daha sonra Azərbaycanda ilkin texniki işlər həyata keçirilib.

İnteqrasiya layihəsi başa çatdıqdan sonra ilk prototiplərin sınaqları Samsundakı müəssisədə simulyasiya edilib. Daha sonra Azərbaycanda uçuşa yararlılıq və atış sınaqları uğurla keçirilib.

Şirkət bildirib ki, sistemlər bu il Azərbaycan Hərbi-Hava Qüvvələrinə təhvil veriləcək. FALCON FLEX 50 helikopterlərin qapı, pəncərə və rampa hissələrinə uyğunlaşdırıla bilən modul silah dayağıdır.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda hərbi paradda nümayiş etdirilən müasir texnikalar - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər