Azərbaycanın kənd təsərrüfatı dair hazırladığı memorandum layihəsi ABŞ-yə təqdim olunub
ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də bəhs edib.
Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-ın elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə biləcəyini bildirib.
ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vaden iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ tərəfinə təqdim olunub və hazırda sənəd üzərində müzakirələr aparılır.
Stephen Vaden memorandum çərçivəsində biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Bu istiqamətlər üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin aqrar məhsulların ticarətinin genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında memorandum layihəsi ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













