"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin bu gün təqdimat mərasimi keçiriləcək.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.
"Harmoniya" fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluq münasibətləri fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçıya çatdırılır.
Vurğulanıb ki, filmin çəkilişləri Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkəmizdə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.
Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmilərinin, diplomatik korpus və dini icmaların təmsilçilərinin, din xadimlərinin iştirakı gözlənilir. Həmçinin Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.
Qeyd edək ki, tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəh edən "Harmoniya" sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.
Oxşar xəbərlər
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB













