Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Far.Az xəbər saytı

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimat mərasimində iştirak edib.

Far.Az xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin "Azərbaycanın 12 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub.

"Hirkan" sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur.

Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.

Qeyd edək ki, "Azərbaycanın 12 möcüzəsi" adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər