Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə etdi, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğuladı.
Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını dedi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurla başa çatacağına əminliyini bildirdi.
Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirlməsi üçün əlavə potensialın olduğunu qeyd etdi və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət etdi.
Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirdi, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını dedi.
Söhbət zamanı ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər














