Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər.
BAKU.WS Gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.
Onun sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur Mehdiyev ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib.
Kamilə Əliyeva bildirib ki, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib. Bu zaman atası ona Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq təqdim edib:
"Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm. Yazının xəttindən onun atama məxsus olduğunu anladım.
Həmin yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer almışdım.
Yazını oxuyarkən güclü stres keçirdim deyə sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu".
Şahidin ifadəsinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Lakin Ramiz Mehdiyev artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib.
Kamilə Əliyeva atasından yazının çap olunub-olunmayacağını da soruşduğunu, lakin bu suala cavab almadığını bildirib: "Bundan sonra atam vərəqi əlimdən alıb. Hadisədən sonra atam iki ay mənimlə danışmayıb".
O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib.
Kamilə Əliyeva ifadəsində məlum yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatının olmadığını da bildirib.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













