Bakıda AQEM-in Media Forumu keçirilib
Far.Az xəbər saytı

Bakıda AQEM-in Media Forumu keçirilib


Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Birinci AQEM Media Forumu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, forum Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə rəsmi açılış hissəsi və iki panel müzakirə keçirilib.

Forumun açılış mərasimində və panellərdə çıxışlar zamanı media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

***10:58

Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumunun açılış mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, tədbir AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbir olmaqla, üzv dövlətlər arasında media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi nəzərdə tutulub.

Açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay çıxışında media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, müasir kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini daha əlçatan etməklə yanaşı, media subyektlərinin məsuliyyətini də artırır və bu şəraitdə peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiya xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov isə qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində, habelə AQEM məkanında etimadın artırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə yüksək töhfə vermişdir.

O bildirib ki, hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət fövqəlbəşər əhəmiyyətli məqsədlərə xidmət edir. Dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına yönəlmiş ekzistensional təhlükə və təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması ilə bağlı təxirəsalınmaz səylərin və tədbirlərin görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasınının mühümlüyü vurğulanıb, bu baxımdan, beynəlxalq hüququn ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qaldığı qeyd edilib.

***10:14

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Media və Yayım Şurasıdır.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər