Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib
Far.Az xəbər saytı

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib


Ağstafada "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu" mövzusunda təlim keçirilib.

Bu barədə "Far.Az"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təlimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov qeyd edib ki, terrorçuluğun maliyyələşdirilməsi vəsaitin mənbəyi, toplanması, transferi və istifadəsi ilə bağlı risklər yaradır və bu sahədə profilaktik yanaşma dini icmaları həm qanunsuz risklərdən, həm də sui-istifadədən qorumağa xidmət edir. Qanunvericiliyə riayət, şəffaflığın təşviqi, səlahiyyətli orqanlarla əməkdaşlıq və icma maarifləndirilməsi sağlam fəaliyyət mühitinin əsasını təşkil edir. Dini maarifləndirmə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasında düzgün ən təsirli vasitədir.

Şəffaf dini mühitin daha təhlükəsiz cəmiyyətlər formalaşdırdığını bildirən S.Yoldaşov vurğulayıb ki, dəyərlərin qorunmasının ən etibarlı yolu onları sui-istifadədən uzaq saxlamaqdır.

Din xadimləri və icma sədrlərinin iştirakı ilə keçirilən təlim müzakirələrlə yekunlaşıb.

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər