"Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı"
Far.Az xəbər saytı

"Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı"


Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə "Birliyin Gücü -2026" birgə hərbi təlimi uğurla başa çatıb.

BAKU.WS xəbər verir ki, "Haber Global" telekanalı bu barədə videosüjet təqdim edib.

Süjetdə bildirilir ki, Azərbaycanın ev sahİbliyi ilə "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

"Yüksək Səviyyəli Müşahidəçi Günü" "Qızılqaya" Təlim Mərkəzində baş tutub. Tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksəkvəzifəli qonaqlar iştirak ediblər.

Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları, habelə müxtəlif taktiki epizodları icra ediblər.

Qeyd edilir ki, üç ölkənin əsgərləri təlimdə ən çətin tapşırıqları uğurla yerinə yetiriblər.

Oxşar xəbərlər

"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - YENİLƏNİB
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər